Xızıda ”Cinayətkarlığa qarşı mübarizə" mövzusunda tədbir keçirilib - FOTO

Xızı şəhər tam orta məktəbində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “XXI Əsrin Qadınları” İctimai Birliyinin təşkilatçılığı ilə "Cinayətkarlığa qarşı mübarizə" adlı dəyirmi masa keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin böyük məsləhətçisi Fətulla Əliyev, DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polkovnik-leytenant İbrahim Əhmədov, "XXI Əsrin Qadınları" İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova məruzələrlə çıxış ediblər.
Onlar insan alverinə qarşı mübarizənin əsas istiqamətləri və normativ hüquqi bazası, insanların istismar edilməsinin forma və üsulları, insan alverinin profilaktikası, insan alverinə qarşı mübarizənin hüquqi və təşkilati əsasları, habelə insan alveri qurbanlarının hüquqi vəziyyəti, müdafiəsi və onlara yardım göstərilməsi haqqında, insan alverinin doğurduğu təhlükələr və bu cinayətlərdən qorunmaq barədə geniş məlumat veriblər.
Tədbir söhbət-disput şəklində davam edib.



Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












