XTQ gizirinin qəzaya düşməsi ilə bağlı DİN-dən AÇIQLAMA

Ötən gündən etibarən sosial şəbəkələrdə XTQ giziri Ağadədə Hacıyevin qəzaya düşməsi barədə xəbərlər yayılır.
“Qafqazinfo” məsələylə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidovla əlaqə saxlayıb. O bildirib ki, hadisə ötən ilin dekabrın 25-də Yasamal rayonu ərazisində baş verib. E.Zahidovun sözlərinə görə, iki maşın işıqforun yol kəsişməsində toqquşub:
“Nəticədə avtomobillərin birində sərnişin qismində olan Ağadədə Hacıyev və digər avtomobilin sürücüsü Orxan Abdürrəhmanov ağır bədən xəsarətləriylə xəstəxanaya yerləşdiriliblər. Hazırda hər iki şəxs xəstəxanadadır. Bununla bağlı Yasamal rayon Polis idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələriylə cinayət işi qaldırılıb. Hazırda istintaq tədbirləri davam etdirilir. A. Hacıyevin vurulandan sonra üstündə olan mobil telefonunun və pulunun oğurlanması məsələsiylə bağlı isə istintaqda araşdırmalar aparılacaq. Bundan sonra məsələyə aydınlıq gətiriləcək. Hazırda O. Abdürrəhmanovun vəziyyəti ağır, A. Hacıyevin vəziyyəti isə orta-ağırdır”.
Qeyd edək ki, Prezident İlham Əliyevin ötən il noyabrın 11-də 1 saylı Klinik Tibbi Mərkəzdə müharibədə yaralanan qazilərə baş çəkmişdi. Həmin görüşdə qazi A. Hacıyev də iştirak edib. Həmçinin XTQ giziri ötən ilin dekabrın 24-də Prezident İlham Əliyev tərəfindən “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












