Yağış yağdı avtomobil nömrələri itdi

Son dövrlərdə yağışlı havanın gətirdiyi fəsadların sayı-hesabı bitmir. Sosial şəbəkələrdə avtomobillərin dövlət nömrə nişanlarının yağış səbəbindən itməsi kimi halların baş verdiyi xəbərləri ilə qarşılaşırıq.
Mövzu ilə bağlı açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib ki, avtomobil nömrələrinin itməsi ilə bağlı qanunda hər hansı bir cərimə nəzərdə tutulmur:
"Nömrə itdiyi zaman sürücü mütləq bu barədə Dövlət Yol Polisənə məlumat verməlidir. Nömrə bir ay ərzində tapıldıqda həmin şəxsin özünə qaytarılır. Əgər nömrə tapılmırsa həmin sürücüyə yeni dövlət qeydiyyat nişanı verilir. İllərdir ki, biz təbii fəlakət anında vətəndaşlara güzşətlər edilməsini təklif edirik. Lakin bu məsələ diqqətdən kənarda qalır.
Avtomobillərin dövlət qeydiyyat nişanlarının itirilməsində sürücü məsuliyyətsizliyi də mövcuddur. Belə ki, dövlət qeydiyyat nişanları avtomobillərə boltla bərkidilməlidir. Bəzi sürücülər qeydiyyat nişanı deşilməsin deyə yapışqandan istifadə edirlər. Bu isə yolverilməz haldır. Məsələyə ciddi yanaşmaq lazımdır. "Hoqqabazlıq" etmək əsassızdır. Dövlət qeydiyyat nişanı itdikdə ən çox əziyyətə qatlaşan elə sürücü olur. Belə ki, maşın texniki baxışdan keçirilməli və yeni qeydiyyat nişanı alınmalıdır. Bu isə ümumi olaraq sürücüyə 60 manata başa gəlir".
(big.az)
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












