Yağışdan zərər görən vətəndaşlara kompensasiya ödəniləcək?

Təəssüflər olsun ki, bəzi vətəndaşlar hələ də 21-22 oktyabr tarixlərində yağan yağışın səbəb olduğu fəsadlardan əziyyət çəkirlər. Belə ki, yağış sonrası bir çox evi su basıb, əşyaların bir çoxu yararsız hala düşüb, o cümlədən bəzi avtomobillərə də ziyan dəyib. Fövqəladə hadisə nəticəsində dəyən ziyanın ödənilib-ödənilməyəcəyi isə vətəndaşları maraqlandıran məqamlardır.
Məsələylə bağlı açıqlama verən millət vəkili Fazil Mustafa qeyd edib ki, vətəndaşlara dəyən ziyanın ödənilməsi məsələsinə baxılmalıdır.
“Düzdür, bizdə çox vaxt sığorta sistemində məqsədyönlü şəkildə bu ödənişdən yayınırlar və bu qurumların bir çoxu öz məsuliyyətini lazımi səviyyədə dərk etmirlər, amma vətəndaşların evlərini su basıbsa, hər hansı bir ziyana uğrayıblarsa və sığortalanıblarsa, müəyyən dəstək verilməlidir”.
Bəs sığortalanmayan vətəndaşlar üçün hansı imkanlar yaradılmalıdır?
“Əgər sığortalanmayıblarsa, insanların yükünü yüngülləşdirmək, maddi sıxıntıntısını ortadan qaldırmaq üçün addımlar atıla bilər. Bununla bağlı müvafiq qurumlar yəqin ki, tədbir görəcək”, - deyə deputat bildirib.
Azərbaycan Sığortaçılar Assosiasiyasından isə Bizim.Media-ya bildirilib ki, əvvəlcədən sığortalanmış daşınmaz əmlaklarına zərər dəymiş vətəndaşlar zərərlə bağlı sığortalandıqları şirkətlərə müraciət edə bilərlər:
“Həmçinin, yağış nəticəsində daşınar əmlaklarda da zərər faktı qeydə alındığını nəzərə alaraq sığortalanmış daşınar əmlaklarla bağlı da müvafiq sığorta şirkətlərinə müraciət edilə bilər.
Bildirmək istəyirik ki, yağış nəticəsində hərəkətsiz haldaykən bu və ya digər şəkildə zərər görən avtomobillərin Kasko sığortası varsa, onların da eyni qayda ilə sığortalandıqları şirkətlərə müraciət etməklərini zəruri edirik. Hava şəraiti ilə əlaqədar görmə məsafəsi qısaldığı üçün müxtəlif yol-nəqliyyat hadisələri də qeydə alınıb. Bu halda isə hadisələr avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə tənzimlənəcək”.
Qeyd edək ki, oktyabrın 22-də Sabunçuda tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb və paytaxtın bəzi ərazilərində evləri su basıb, yollar bağlanıb. Bir çox avtomobillər isə su altında qalıb.
(bizim.media)
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












