Yağışlı hava bu gün də davam edəcək

Oktyabrın 28-də Azərbaycan ərazisində müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 11-13, gündüz 13-15, Bakıda gecə 11-13, gündüz 13-15 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-12, gündüz 12-17, dağlarda gecə 1-6, gündüz 6-11 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 30-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssəs insanlar üçün əsasən əlverişli olsa da, buludlu və rütubətli hava şəraitinin üstünlüyü bəzi insanlarda narahatlıq hissi yarada bilər.
Fidan
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












