"Yanacağın qiymətindəki artım ictimai nəqliyyata təsir etməyəcək" - Deputat

Aİ 92 benzininin və dizel yanacağının qiymətindəki artımın ictimai nəqliyyatda gediş haqlarını artıracağını düşünmürəm.
Avtosfer.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, ictimai nəqliyyatda gediş haqlarının artırılması pərakəndə şəkildə baş vermir, bu məsələni də Tarif Şurası nəzarətdə saxlayır:
"Yəni, ictimai nəqliyyatda gediş haqları ancaq Tarif Şurası tərəfindən artırıla bilər. Hələ ki, belə bir qərar müzakirə olunmadığından ictimai nəqliyyatda gediş haqların artmasından danışmaq olmaz. Taksi xidmətlərində gediş haqların artması isə ayrı-ayrı müəssisələrdən asılıdır.
Taksi xidmətləri göstərənlər özləri gediş haqqını müəyyənləşdirirlər. Düşnürəm ki, burada da ciddi artım müşahidə olunmayacaq. Çünki taksi xidmətində güclü rəqabət var və operator şirkətlər daha ucuz xidmət tətbiq etməklə bazarda cəlb ediciliklərini artırmaq istəyirlər. Hətta Bakıda elə taksi xidmətləri fəaliyyət göstərir ki, onlardan istifadə etmək öz şəxsi avtomobilini sürməkdən daha sərfəlidir".
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












