Yasamaldakı qəzada maşınlara dəyən zərəri kim ödəməlidir? – EKSPERTDƏN AÇIQLAMA

Gündəm 5 Avqust 2024 15:02 Oxunub 424
Yasamaldakı qəzada maşınlara dəyən zərəri kim ödəməlidir? – EKSPERTDƏN AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yasamalda baş verən zəncirvari qəzada zərər dəymiş avtomobillərlə bağlı həm onların sahiblərini, həm də vətəndaşları maraqlandıran məsələlər var. Bunlardan biri də avtomobil sahiblərinə dəymiş ziyanın kim tərəfindən qarşılanmasıdır.

Məsələ ilə bağlı mütəxəssislərə müraciət etdik. Sığorta eksperti Vüsal Bədəlov Avtosfer.az-a açıqlamasında deyib ki, hadisənin nasazlıq və sürücü səriştəsizliyi səbəbindən baş verməsinə baxmayaraq, avtonəqliyyat vasitələrinin mülki mənsubiyyəti üzrə icbari sığortasına bütün hallarda təminat verilir.

“Qaydalarda qeyd edilir ki, belə hallar idarəetmə zamanı baş verdikdə qarşı tərəfə dəymiş zərər ödənilməlidir. Hər bir halda, həmin nəqliyyat vasitəsi əraziyə darə edilərək gətirilib. İstənilən səbəbdən baş verməyinə baxmayaraq, bu məsuliyyət sığortası olaraq qeydə alınır. Bir hadisə üçün avtomobillərə dəymiş zərərə görə sığorta agentlikləri tərəfindən maksimum 5000 manat ödənilməsi nəzərdə tutulur. Həmin məbləğ ziyan dəymiş avtomobil sahibləri arasında proporsional qaydada dəymiş zərərin faizinə görə hesablanaraq bölüşdürüləcək. Yerdə qalan xərclər isə ya marşrut xəttinin sahibi, ya da avtobusun sürücüsü tərəfindən qarşılanacaq. Bunu qanunvericilik müəyyənləşdirəcək. Çünki hadisədə məsuliyyət daşıyacaq olan tərəf sürücüdür. Belə hallarda sığorta şirkətləri heç bir halda müştərisinə dəymiş zərərə görə imtina etmək hüququ yoxdur. Ayrılacaq məbləğ zərərçəkmişlər arasında bölüşdürülməli, qalan məbləğ isə avtobus sürücüsü, yaxud marşrut xəttinin sahibi tərəfindən sürücülərə ayrı-ayrılıqda ödənilməlidir. İstər sürücü içkili olsun, istərsə sürücülük hüququndan məhrum olmuş şəxs olsun, sığorta agentliyi hesablamalar əsasında bir hadisə üzrə maksimum 5000, sağlamlığa dəymiş zərərə görə isə maksimum 50000 manat ödəməlidir”.

Ekspert sonda onu da vurğulayıb ki, sığorta agentliyi özünün reqres hüququndan istifadə edərək sürücünün əvəzinə ödəyəcəyi məbləği ondan geri ala bilər.

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh