“YAŞAT” Fondu hesabat verdi

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “YAŞAT” Fondunun ilk 10 günündə görülən işlər barədə hesabatını açıqlayıb.
Dövlət Agentliyindən verilən məlumatda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.
- Fondun fəaliyyətinin təşkili ilə bağlı Tədbirlər Planı təsdiq edilib, müvafiq icra qrupu müəyyən edilib. Azərbaycan Beynəlxalq Bankında Azərbaycan manatı və 5 xarici valyutada (ABŞ dolları, rubl, lirə, avro, funt sterlinq ) Fonda hesablar açılıb.
- Bütün şəhid ailələrinin yaşadıqları ünvanlar müəyyənləşdirilib, yaralananlarla bağlı siyahılar üzrə işlər isə yaxın günlərdə tam yekunlaşacaq.
- Vətən müharibəsində şəhid olmuş və yaralanmış şəxslərin ailələlərinə baş çəkmək üçün “ASAN xidmət” əməkdaşlarından və könüllülərindən ibarət bütün rayonları əhatə edən 69 qrup formalaşdırılıb və onlar müvafiq təlimlərə cəlb edilərək ünvanlara baş çəkməyə başlayıblar. Həmçinin qruplar planşetlərlə təmin olunub və bütün zəruri ehtiyaclar elektron qaydada qeydə alınır.
- Bu kateqoriyadan olan 1500-dən çox ailəyə baş çəkilib, zəruri ehtiyacları müəyyən edilib və ilkin yardımlara başlanılıb.
- Şəhid və yaralıların ailələrinə baş çəkilməsi zamanı dəqiqləşdiriləcək informasiyalardan ibarət vahid anket forması hazırlanıb. Fondun sosial şəbəkələrdə rəsmi səhifələri yaradılıb.
- İnternet portalının yaradılması prosesi sürətlə davam etdirilir. Portalda ianə edənlərin və yardım olunan şəxslərin şəxsi kabineti olacaq. Hər bir yardım barədə foto və videomateriallar portalda yerləşdiriləcək.
- “YAŞAT” Fondunun işinin təşkili “ASAN xidmət”də çalışan şəhid ailələrinin üzvləri və qazilərə havalə olunub.
- "YAŞAT" Fondunun bank rekvizitləri ilə http://vxsida.az/az/annouces/1493 keçidi vasitəsi ilə tanış olmaq olar.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












