Yaxın günlərdə Bakıda güclü külək əsəcək - PROQNOZ

“Bu ilin avqust ayında 2010-cu ildən sonra ikinci ən uzunmüddətli isti hava dalğası qeydə alınıb”.
Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, avqustda havanın temperaturu orta hesabla iqlim normasından 5 dərəcə yüksək olub:
“Zəif cənub-şərq, cənub küləyi üstünlük təşkil edirdi. Hava Abşeron yarımadasında bürkü idi”.
U. Tağıyeva qeyd edib ki, ötən gün axşama doğru ölkə ərazisinə Azor antisiklonunun daxil olması nəticəsində hava şəraiti dəyişdi, xəzri əsdi:
“Respublikanın bir sıra rayonlarında güclü külək əsib. Küləyin maksimal sürəti Tovuzda 30, Tərtər və Gəncədə 28 m/s olub. Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 24 m/s olub. Gündüz saatlarında külək bir qədər mülayimləşəcək, amma axşama doğru Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürətinin 25-30 m/s olacağı proqnozlaşdırılır. Sentyabrın 4-də səhər külək mülayimləşəcək”.
U.Tağıyeva qeyd edib ki, sentyabrın birinci ongünlüyündə daha çox sərin hava şəraiti üstünlük təşkil edəcək:
“Sentyabrın 6-sı axşam saatlarından başlayaraq birinci on günlüyün sonunadək arabir güclənən şimal küləyinin üstünlük təşkil etməsi gözlənilir. Havanın temperaturu paytaxtda 28-31 dərəcədən yüksək olmayacaq”.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












