Yenə tıxac, yenə Bakı... – Bu da qadağanın nəticəsi

Sentyabrın 15-dən rayon maşınlarının Bakıya girişinə qadağa qoyulsa da paytaxtda tıxaclar səngimir. Azərbaycanın ən böyük şəhərində demək olar ki, hər gün avtomobil sıxlığı müşahidə olunur. Ekspertlər iddia edirdilər ki, rayon maşınlarının Bakıya girişi məhdudlaşdırılarsa, tıxaclar nisbətən aradan qalxacaq. Amma tam əksinə oldu. Rayondan gələnlərə qadağa qoyulsa da vəziyyət dəyişmədi: yenə tıxac, yenə əsəbləri gərilən insanlar...
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, rayon qeydiyyatı olan maşınların paytaxta daxil olması ilə bağlı tətbiq olunan qadağanın xüsusi bir effekti yoxdur.

Avtosfer.az xəbər verir ki, bu barədə azvision.az-a açıqlama verən ekspertin sözlərinə görə, qadağa qəbul olunmamışdan öncə hesablamaq lazım idi ki, gün ərzində Bakıya nə qədər rayon qeydiyyatı olan avtomobil gəlir. “Rayondan gələn maşınlar hansı problemləri yaradır? Bunu heç kim hesablamadı. Birdən qərar qəbul olundu. Şəhərdə vəziyyət yenə də əvvəlki kimidir. Heç bir dəyişiklik yoxdur. Deyirlər ki, vəziyyət ötən ilkindən yaxşıdır. Onun səbəbi rayon qeydiyyatı olan maşınlar deyil. Ötən il bu vaxtı bir neçə küçədə təmir işləri gedirdi. I Avropa Oyunlarına hazırlıqla əlaqədar magistral əhəmiyyətli yolların bir neçəsi təmir üçün bağlı idi. Ola bilsin ki, bu baxımdan ötən il paytaxtda bir qədər sıxlıq çox idi. Hazırda iqtisadi aktivliyin aşağı düşməsi də bəzi şəxslərin avtomobildən istifadəsini azaldıb. Bunun hesabına yollarda bir qədər maşın azdır. Bunun rayon qeydiyyatı olan maşınlara heç bir aidiyyatı yoxdur”.
Ekspertin sözlərinə görə, rayon qadağası insanlarda psixoloji gərginlik, stress, aqresiya yaradıb.
“Son vaxtlar bu qadağa səbəbindən yollarda ağır qəzalar baş verir. Əminəm ki, bunların birbaşa bağlılığı var. Girişlərdə post qurublar. Dünyanın heç bir ölkəsində dövlət sərhəddində də elə postlar yoxdur. Bunu etmək nəyə lazımdır. Onun yaradacağı problem verə biləcəyi müsbət effektdən qat-qat çoxdur. Bunu nə qədər tez ləğv etsələr yaxşı olar”.
Qeyd edək ki, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarına əsasən yük və rayon qeydiyyatında olan minik avtomobillərinin yay və qış rejimlərində Bakıya buraxılmasına dair fərqli qrafik müəyyənləşdirilib.
Yay rejimi qrafiki çərçivəsində mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:00-dan axşam saat 22:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmır, yük və rayon qeydiyyatında olan minik avtomobilləri axşam saat 22:00-dan səhər saat 7:00-a qədər şəhərə daxil ola bilər.
Qış rejimi qrafikinə əsasən, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:00-dan axşam saat 21:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmayacaq, axşam saat 21:00-dan səhər saat 7:00-a qədər yük və rayon qeydiyyatında olan minik avtomobilləri şəhərə daxil olacaq..jpg)
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO










