Yeni avtomobil yolunun tikintisi üçün fərdi torpaq sahələri müsadirə ediləcək

Gürcüstan hökuməti Azərbaycanla sərhədə qədər ərazilərində yeni avtomobil yolunun tikintisi üçün fərdi şəxslərin torpaqlarını zorla müsadirə etməyə başlayacaq.
"Report" xəbər verir ki, Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvilinin bununla bağlı əmri "Legislative Gazette"də dərc olunub.
Bildirilir ki, qurum daşınmaz əmlakın alınması ilə bağlı mülkiyyətçilərlə razılığa gələ bilmədiyi üçün “Əmlakın zəruri dövlət ehtiyacları üçün məhrum edilməsi qaydası haqqında” Qanuna uyğun olaraq torpaqların özgəninkiləşdirilməsinə ehtiyac var.
Söhbət Marneuli bələdiyyəsində üç torpaq sahəsindən (98 min m², 3,1 min m² və 584 m²) gedir. Onların sahibləri qərardan məhkəməyə şikayət edə biləcəklər.
Qeyd edək ki, layihə Rustavi şəhərindən Qırmızı Körpü Ticarət və Sənaye Palatasına qədər 31,9 km uzunluğunda dördzolaqlı yolun tikintisini nəzərdə tutur.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












