Yeni pandemiya bu tarixdə olacaq-Bill Qeytsin PROQNOZU

“Microsoft” şirkətinin qurucusu Bill Qeyts yaxın 20 ildə bəşəriyyətin yeni pandemiya ilə üzləşməsi riskini qiymətləndirib.
Avtosfer.az-ın xəbərinə görə, Bill Qeyts İspaniyanın “El Diario” qəzetinə müsahibəsində yaxın 20 ildə yeni pandemiya riskinin 50 faiz olduğunu bildirib. “Microsoft” şirkətinin qurucusu yeni pandemiyanın bəşəriyyətə məlum olan bir virusdan qaynaqlana biləcəyini söyləyib: “Bu, qripin növlərindən biri, yaxud digər növ koronavirus ola bilər. Bu da bizə daha tez müalicəni təşkil etməyə və vaksin əldə etməyə nail olmağımıza imkan yarada bilər. Ancaq bu, insanların, bioterrorçularınn yaradacağı və yayacağı virus da ola bilər. Bu isə çox qorxulu ssenaridir. Çünki müxtəlif yerlərdə eyni vaxtda virus yayıla bilər. Yaxud belə virus təbiətdən çıxa bilər. Nəzərə almaq laxımdır ki, insanların sayı artır və biz yeni ekosistemlərə müdaxilə edirik. Ona görə də mən hesab edirəm ki, yaxın 20 ildə yeni virusun yayılma ehtimalının 50 faizi iqlim dəyişikliyi ilə bağlı ola bilər”. Bill Qeyts pandemiya ilə mübarizə üçün qlobal epidemiyaya cavab və səfərbərlik qrupu yaratmağı təklif edib: “Dünya Səhiyyə Təşkilatının büdcəsini 25 faiz artırmaq, müxtəlif ixtisaslı 3 minə yaxın mütəxəssisdən ibarət komanda lazımdır”.
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər": Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ












