Yeni tikilən çoxmərtəbəli binaların istismar müddəti azı 100 il olacaq

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası "Yüksək binalar və komplekslər. Layihələndirmə normaları"nı təsdiqləyib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb. Qərara əsasən, binaların layihələndirilməsi layihə tapşırığı üzrə yerinə yetirilməlidir. Belə ki, layihələndirilən yüksək binalar yüksək məsuliyyət səviyyəsinə aiddir və konstruksiyalarının hesablama istismar müddəti 100 ildən az olmayaraq qəbul edilməlidir.
Yüksək binalar üçün məsuliyyətlilik üzrə etibarlılıq əmsalının qiyməti xüsusi texniki şərtlərlə təyin olunur və aşağıdakı qiymətlərdən kiçik qəbul edilmir:
- binanın hündürlüyü 100 m-dək olduqda - 1.1;
- binanın hündürlüyü 100 m-dən 150 m-dək olduqda - 1.15;
- binanın hündürlüyü 150 m-dən 200 m-dək olduqda - 1.2.
Bundan başqa, tikinti layihəsinin tərkibinə binanın və mühəndis sistemlərinin əsas xüsusiyyətlərini özündə əks etdirən binanın texniki pasportu daxil edilməlidir. Layihə sənədlərində bina konstruksiyalarının inşası və mühəndis sisteminin quraşdırılması işlərində həddi sapmalar qeyd edilməlidir. Həmçinin yüksək binaların və komplekslərin yanğından mühafizə layihələrində avtomatlaşdırılmış yanğınsöndürmə və yanğın xəbərdaredici sistemləri (siqnalizasiyası) nəzərdə tutulmalıdır.
Bitişik ərazilərdə binaların sayından, təyinatından və həcmi-planlaşdırma həllərindən asılı olmayaraq aşağıdakı abadlıq elementləri nəzərdə tutulmalıdır:
- baş yollara giriş və çıxışlar;
- avtomobil duracaqları;
- istirahət zonaları;
- yaşıllıq zonaları;
- xüsusi avtomobil nəqliyyatı ilə tullantıların yığılması üçün tutumların yerləşdirilməsi.
Tikinti ərazisi 9 ha-dan çox olan bina kompleksinin ətrafı boyu dairəvi yol layihələndirilməlidir. Binalarla yol arasında məsafə 25 m-dən çox olmamalıdır. Binaların təyinatından asılı olaraq bitişik ərazilərdə abadlıq və xidmətlərin başqa elementləri də yerləşdirilə bilər. Komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinə və Hüquq şöbəsinə bu qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
Zəngəzur dəhlizi ilə bağlı fəallıq artır: TRIPP həm də sülhün qarantıdır
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - AÇIQLAMA
Bakı Dairəvi Yolunda təhlükəli vəziyyət - VİDEO
Putinin başı təkcə Ukraynadakı müharibəyə qarışmayıb - POLİTOLOQ
AAYDA-nın sədr müavinləri vəzifədən azad edildilər - SƏRƏNCAM
Sumqayıtda bu ərazilərdəki evlər söküləcək – RƏSMİ AÇIQLAMA
Cərimə balının tətbiq mexanizmləri təkmilləşdirilməlidir - DEPUTATDAN VACİB AÇIQLAMA
Rusiyadan İrəvana qarşı ikili siyasət: Putin təbrik edir, Medvedev sərt danışır
Dünyada ilk neft quyusu və Qafqazın ilk elektrik dəmir yolunun yubileyidir – EKSPERT - FOTO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Putin İlham Əliyevə təşəkkür etdi - VİDEO










