“Yeni tikilən göydələnlərdə bu normalara riayət olunmur” – MÜTƏXƏSSİSDƏN AÇIQLAMA

Yeni tikilən binalarda səs izolyasiyasının zəif olması ciddi problemdir və bu, əsasən aşağı keyfiyyətli materiallardan istifadə, düzgün layihələndirmənin olmaması və ya tikinti zamanı normativlərə əməl olunmaması ilə bağlıdır.
Avtosfer.az xəbər verir ki, son illərdə Azərbaycanda tikilən yaşayış tipli göydələnlərin əksəriyyətində mənzillərin səs ötürücülüyü çox yüksək olduğu üçün vətəndaşlar narazılığını bildirir. Belə ki, qonşu mənzillər arasındakı divarların nazikliyi, eləcə də üst mərtəbədəki mənzildə kiçik addımların səsinin alt mərtəbədəki mənzildə eşidilməsi və s. kimi faktlar, demək olar ki, ölkədəki bütün göydələnlərdə müşahidə olunan hallardır.
Mövzu ilə əlaqədar tikinti eksperti Vüsal Məstəliyev saytımıza açıqlamasında deyib ki, qaydalara zidd şəkildə tikilən binaların məxsus olduğu MTK-ların, sahibkarların bəzi səbəbləri var:

“ 1) Xərclərə qənaət: Tikinti şirkətləri maksimum qənaət etmək üçün keyfiyyətsiz və nazik arakəsmələrdən, həmçinin aşağı sıxlıqlı betondan istifadə edirlər.
2) Normativlərə əməl olunmaması: Azərbaycanda tikinti ilə bağlı normativlər olsa da onlara nəzarət hər zaman kifayət qədər ciddi olmur.
3) Texniki səhvlər: Səs-küyü azaldan materiallardan istifadə edilməməsi və ya düzgün tətbiq edilməməsi (məsələn, mərtəbəarası izolyasiya qatının qoyulmaması) səsin yayılmasına səbəb olur.
4) Müasir texnologiyalardan istifadə olunmaması: Xüsusi səs izolyasiya texnologiyaları tətbiq edilməlidir. (məsələn, səsi udan divar materialları), lakin Azərbaycanda bu texnologiyalar geniş yayılmayıb”.
Ekspert həmçinin vurğulayıb ki, Azərbaycanda tikinti və səs izolyasiyası ilə bağlı bəzi normativlər mövcuddur.
“Məsələn, Şəhərsalma və Tikinti Məcəlləsi və “Sanitariya normativləri” çərçivəsində yaşayış binalarında səs izolyasiyası ilə bağlı müəyyən tələblər var. Bu tələblərin praktikada nə qədər icra olunması isə sual altındadır. Səs-küylə bağlı konkret cərimə və ya icbari normaların tətbiqi zəifdir. Tikintiyə icazə verən qurumlar çox vaxt yalnız təhlükəsizlik məsələlərinə baxırlar, səs izolyasiyası isə prioritet olmur.
Sözügedən problemləri aradan qaldırmaq üçün normativlər sərtləşdirilməlidir (tikinti qaydalarında minimum səs izolyasiya tələbləri konkret rəqəmlərlə müəyyən edilməlidir).

Tikintiyə icazə verən qurumlar binaların səs-küyə qarşı dözümlülüyünü yoxlamalıdır. Binalarda səs-küy problemi yaşayan sakinlər şikayət edə bilməli və bu məsələyə baxılması üçün konkret prosedur olmalıdır. Həmçinin bu problemlə bağlı sakinlərin ümumiyyətlə insanların daha çox məlumatlı olması və şikayət etməsi də tikinti şirkətlərinin keyfiyyətsiz bina tikməsinə mane ola bilər”.
Səfər
Obyektlərin icarə xərcləri onlayn ticarətə təkan verir – Ekspert RƏYİ
Ramazan ayının iyirmi doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Tbilisi prospektində avtobuslar artıq hərəkəti dayandırmayacaq - “cib” zolaqları işə düşdü
F.S. görüntülərin saxta olduğunu belə etiraf etdi – VİDEO
Nəhəng Çin şirkəti yanacaq sərfiyyatını azaldan yeni texnologiya istehsal edib - RƏSMİ
İranda vəzifəli şəxslərin ölümü dövlətin sisteminə necə təsir edir? – Politoloq AÇIQLADI
Mən altıncı ildir Novruz bayramını Qarabağda qeyd edirəm - Azərbaycan Prezidenti
Paytaxtın 26 küçəsində sıxlıq var - SİYAHI
Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR
Avtomobil nömrəsini “bron” etmək olar?
Elektrikli avtomobillər Bakıda yanğın riskini artırıb – İki binanın yanmasının səbəbləri üzə çıxdı










