“Yeni yol rəqabət yaratmayacaq” – Gürcüstan XİN

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Ermənistan və Azərbaycan arasında yeni yolların tikintisinin region üçün faydalı olduğunu bildirib və bu infrastrukturun Gürcüstanla rəqabət yaratmayacağını vurğulayıb. Avtosfer.az Bakupost-a istinadən xəbər verir ki, nazir bu fikirləri “Imedi LIVE” proqramında səsləndirib.

Maka Boçorişvili qeyd edib ki, regionda yeni nəqliyyat bağlantılarının yaranması Gürcüstanın strateji mövqeyini zəiflətməyəcək:
“Biz bu yolları Gürcüstan üzərindən keçən mövcud yol ilə rəqabət olaraq görmürük. Yeni yollar regionun nəqliyyat əlçatanlığını artıracaq. Lakin heç bir yol Gürcüstanın rolunu əvəz edə bilməz. Yük dövriyyəsi hər il artır ki, azalmır. Hətta əlavə üç dörd yol açılsa da, bu, Qərb və Şərq arasında baş verən bütün nəqliyyat axını üçün kifayət etməyəcək”.
Nazir həmçinin Ermənistan və Azərbaycan arasında mövcud prosesləri müsbət qiymətləndirdiklərini bildirib. Onun sözlərinə görə, regionda ticarət və nəqliyyat əlaqələrinin inkişafı Gürcüstan üçün əlavə üstünlüklər yaradacaq.
Sumqayıtda Sovet dövrünə aid elektrik dirəkləri təhlükə saçır - VİDEO
Prezidentin adından yayılan mesaj saxtadır: Bu linkə TIKLAMAYIN! – FOTO
Bakıda əlçatanlıq problemi 3D texnologiya ilə həll oluna bilər? – EKSPERT
Avtomobillə yola çıxanların NƏZƏRİNƏ!
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT
Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO
Bloqerlərin izləyici sayını süni artıranlar ifşa olunur? - RƏY
Bu rayonlar öz xərclərini ödəyə biləcəklər? – İQTİSADÇI AÇIQLADI
Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz












