Yol hərəkəti təhlükəsizliyinin təbliğinə dair təlim proqramı hazırlayan işçi qrupunun növbəti görüşü keçirilib - FOTO

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə təhsilalanlar arasında yol hərəkəti təhlükəsizliyinin təbliğinə dair modul təlim proqramı hazırlayan işçi qrupunun növbəti görüşü keçirilib. Avtosfer.az xəbər verir ki, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara cəmiyyətləri federasiyası, Türk Kızılayı, eləcə də DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin dəstəyi ilə beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanan modulda bölgələrdə fəaliyyət göstərən ümumtəhsil müəssisələrində yol hərəkəti təhlükəsizliyinin təbliği ilə bağlı təlim prosesinin aparılması qaydaları, bu sahədə könüllülərdən istifadənin əsasları nəzərdə tutulur.
Görüşdə iştirak edən Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçisi Mübariz Ağayev təhsilalanlar arasında yol hərəkəti təhlükəsizliyinin təbliğinə töhfə verəcək sözügedən humanitar layihənin əhəmiyyətindən danışıb, hazırlanan sənədə dair rəy və təkliflərini bildirib.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












