Yol polisi Heydər Əliyevin adını daşıyan yolun problemini həll etmir - Sürücülər görün nə etdi - FOTO

Xırdalan şəhərində sürücüləri təhlükəyə salan problemi bir müddət əvvəl Avtosfer.az saytında işıqlandırdıq. Təəssüf ki, məsələ öz həllini hələ də tapmayıb.
Belə ki, Heydər Əliyev prospektində asfalt örtüyü dəyişdirildikdən sonra hərəkətin təhlükəsizliyi dərəcəsinin artırılması məqsədilə yolu ayırıcı zolaqla ayırdılar. Lakin ayırıcı zolağın kəsiyində maneəni bildirən müvafiq nişanlar (maneəni sağdan keçmə və işıqqaytarıcılı elementləri olan şaquli nişanlanma xətləri) təşkil edilmədi. Əsasən günün qaranlıq saatlarında həmin prospektlə hərəkət edən sürücülər ayırıcı zolağın kəsiyini görmədiyi üçün dəfələrlə qəzalarla və təhlükələrlə üzləşiblər.
Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təşkili Şöbəsinin hərəkətsizliyini görən sürücülər kərpicin üzərinə işıqqaytarıcılı elementi yapışdıraraq ayırıcı zolağın kəsiyinə qoyublar ki, qəzaların qarşısını alsınlar.
Ümid edirik ki, hərəkətin təşkili ilə məşğul olan səlahiyyətli şəxslər bu dəfə işıqlandırdığımız problemi nəzarətə götürərək sözügedən prospekti müayinə edəcək və ayırıcı zolağın bütün kəsiklərini qeyd etdiyimiz nişan və nişanlanma xəttləri ilə təmin edəcək.
Fərid
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO











