Yol polisi özünü yandıran sürücü ilə bağlı açıqlama verdi - VİDEO

Dünən «Muğanbank»ın qarşısında borca görə özünü yandıran Malik Hüseynovla bağlı bu gün Baş Dövlət Yol Polisi İdarəsi də açıqlama verib. İdarənin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a bildirdi ki, bu məsələ ilə bağlı araşdırma aparılıb və maraqlı məqamlar ortaya çıxıb: «Məlum oldu ki, həmin avtomobil Malik Hüseynovun yox, Allahverdiyev Süleyman Qurbanəli oğlunun adınadır. Malik Hüseynov Naxçıvan Muxtar Respublikasının sakini olduğu üçün avtomobili alarkən Süleyman Allahverdiyevin adına sənədləşdirib. Hazırda həmin avtomobil «Muğanbank»da məhz Süleyman Allahverdiyevin adına girovdadır».
Hadisənin necə baş verməsinə gəlincə, Kamran Əliyev bildirdi ki, bununla bağlı Süleyman Allahverdiyevlə söhbət edilib və o, Malik Həsənovun hərəkətləri, habelə avtomobilin nə üçün saxlanılması barədə məlum verib: «Süleyman Allahverdiyev deyir ki, maşın onun adına olduğu üçün Malik Hüseynov banka ödənişləri gecikdirərkən bankdan ona zəng edib ödəniş tələb edirmişlər. Dəfələrlə belə vəziyyət yaranıb. Süleyman Allahverdiyev Malik Hüseynova zəng vursa da, telefona cavab verən olmayıb. Malik Hüseynovu tapa bilmədiyi üçün Süleyman Allahverdiyev məcbur qalıb ona verdiyi etibarnaməni noyabrın 16-da ləğv etdirib. Belə bir vəziyyətdə Dövlət Yol Polisinin sistemində dərhal qeydiyyat aparılır ki, bu avtomobilə verilmiş etibarnamə ləğv edilib. Noyabrın 20-də yol polisi əməkdaşı Malik Hüseynovun idarə etdiyi avtomobili saxladıqda bort-komupetdə yoxlama aparıb və məlum olub ki, bu şəxs avtomobili etibarnamə olmadan idarə edir. Yəni, etibarnamə ləğv edilib. Buna görə də həmin avtomobil cərimə meydançasına aparılıb. Ertəsi gün Malik Hüseynov Süleyman Allahverdiyevin yanına gedib və ondan nə üçün etibarnaməni ləğv etdirdiyini soruşub. O da cavab verib ki, ödənişi gecikdirdiyin üçün bank məni narahat edirdi, səni də tapa bilmirəm, məcbur qalıb etibarnaməni ləğv etmişəm. Bundan sonra Malik Hüseynov bankın qarşısında özünü yandırıb. Maşının saxlanılmasında, Süleyman Allahverdiyevin etibarnaməni ləğv etdirməsində heç bir qanun pozuntusu yoxdur».
Emin
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?










