Yol polisindən Aşura xəbərdarlığı

Sabah Aşura mərasimləri ilə əlaqədar Bakı şəhərində yerləşən məcsidlər və onlara bitişik yollar istiqamətində bütün avtomobil vasitələrinin hərəkəti məhdudlaşdırılacaq, istiqamət dəyişdiriləcək. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən (DYPİ) məlumat verilib.
Bakı Yol Polisi avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırır ki, məscidlər boyu hərəkət edənlərin, ümumiyyətlə, bütün tədbir iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, yol hərəkətində rahat, fasiləsiz və təhlükəsiz hərəkətin təşkil edilməsi məqsədilə bu istiqamətlərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər.
Bakı Yol Polisi məscid və ziyarətgahlarda keçiriləcək tədbirlərə qatılmaq istəyənlərə ictimai nəqliyyat vasitələrinin köməyi ilə hərəkət etməyi tövsiyə edir.
DYPİ-dən verilən məlumat qeyd olunur ki, tədbirlər başa çatdıqdan sonra məscidlərin yerləşdiyi ərazi boyu hərəkət tam bərpa ediləcək.
Qeyd edək ki, bu il Aşura günü oktyabrın 24-nə təsadüf edir.
Xatırladaq ki, Aşura günü ilə bağlı Azərbaycan polisi gücləndirilmiş iş rejimində çalışacaq.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












