Maşınları əzən sürücü danışdı: "Marixuana çəkmişdim, vəziyyətim yaxşı deyildi" - VİDEO

Xəbər verdiyimiz kimi ötən gün paytaxtın Yasamal rayonu, kənar dairəvi yolunda 50- ED-532 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi polislərdən qaçmaq istəyib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Araz Əsgərli deyib ki, sürücü 28 yaşlı Kamran Cəbrayılzadə şəhər ərazisində bir neçə dəfə yol hərəkət qaydasını kobud şəkildə pozaraq, avtoxuliqanlıq hərəkətləri törətdiyi üçün barəsində saxlanması göstərişi verilib. Sürücü süni sıxlıq yaradılaraq saxlanarkən polisə tabesizlik edib və qaçmaq üçün avtomobili digər hərəkət iştirakçılarının avtomaşınlarına çırpıb.
Həmin vaxt ətrafda olan həm zərərçəkmiş, həm də digər sürücülər yol polisinə kömək edərək tabe olmayan sürücü Kamran Cəbrayılzadəni saxlayıblar. Əraziyə gələn əməliyyatçılar onu Yasamal rayon polis idarəsinə gətiriblər. Saxlanan sürücü törətdiyi əməli etiraf edib.
Hadisə vaxtı təxminən 10-a yaxın avtomobilə ziyan vuran sürücü deyib ki, həmin vaxt 6 yaşlı oğlu da yanında olub.
Faktla bağlı Yasamal rayon polis idarəsində ''Xuliqanlıq'' maddəsi ilə cinayət işi başlanıb, Kamran Cəbrayılzadə cinayət işi üzrə şübhəli şəxs qisimində tutularaq, istintaqa cəlb edilib. Hazırda istintaq hərəkətləri davam etdirilir.
Avtosfer.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Bəlkə kəmərə də bal tətbiq edilsin?
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH











