Yol polisini bıçaqlayan şəxsi sərbəst buraxdılar - FOTOLAR

Mayın 12-də Masallıda yol polisi əməkdaşını bıçaqlayan şəxslə bağlı yeni xəbərlər var. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, dünən saat 12.30 radələrində Masallı şəhər ərazisində rayon polis şöbəsinin yol patrul xidmətinin əməkdaşı Ariz İsmayılov xidmətdə olarkən bıçalanıb. Ruslan adlı şəxs tərəfindən iki bıçaq zərbəsi alan yaralı dərhal Masallı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Çoxlu qan itirən yaralının üzərində üç saatdan artıq əməliyyat aparılıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən şəxs sürücüdür. O, yol polisi əməkdaşı tərəfindən saxlanılıb cərimə edilməsinə etiraz etdiyi üçün aralarında mübahisə yaranıb. Bu zaman sürücü bıçağa əl atıb. Yol polisini bıçaqlayan sürücü hadisə yerindən qaçıb.
Əldə etdiyimiz daha bir məlumata görə, dünən günün ikinci yarısında Ruslan adlı şəxs polis tərəfindən saxlanılsa da, ondan ifadə alındıqdan sonra sərbəst buraxılıb. Ruslanın Masallı rayon İcra Hakimiyyəti başçısının müavini və Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nuriyevin yaxın qohumu olduğu bildirilir. Elə məhz qohumuna güvənən Ruslan uzun müddətdir ki, Masallıda qoçuluq edir. Əldə etdiyimiz başqa bir məlumata görə isə hadisə namus üstündə baş verib. Ruslan adlı şəxsin DYP əməkdaşını məhz bu səbəbdən bıçaqladığı bildirilir. Zərərçəkənin atası Rahət İsmayılov isə biildirib ki, oğlu 10 ildir polis işləyir və heç kimlə şəxsi-qərəzi olmayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə məsələ ilə bağlı Avvtosfer.az-a açıqlamasında bildirib ki, hadisəni törədin şəxs saxlanılıb. Onun ifadəsi alındıqdan sonra sərbəst buraxılması barədə məlumatsız olduğunu DİN əməkdaşı əlavə etdi ki, polisi bıçaqlayan şəxsin sərbəst buraxılması qeyri-mümkündür. O.Mansurzadə əlavə edib ki, gün ərzində həmin hadisə ilə bağlı DİN-in açıqlaması olacaq.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO















