Yol polisini videoya çəkib təhqir edən sürücü həbs olundu - FOTO

Bu gün səhər saatlarında paytaxtın Mikayıl Müşfiq küçəsi, 3-cü kənar dairəvi yol ilə hərəkətə olan 90 TD 032 dövlət nömrə nişanlı, "Opel" markalı avtomobilin sürücüsü vaxtında texniki baxışdan keçmədiyi və cərimə borcları olduğu üçün yol polisi tərəfindən saxlanılıb. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Bildirib ki, sürücü yol polisinin saxla işarəsinə tabe olmayaraq yoluna davam edib. Yol polisi sürücü Abduləzizov Varid Soltanəli oğlunu saxlamağa müvəffəq olub. Saxlanılma zamanı sürücü xuliqanlıq nümayiş etdirərək polisə tabe olmayıb. Mobil telefonunu çıxardaraq çəkiliş aparmaq istəyib və yol polisinə qarşı nalayiq ifadələr işlədib. Onun barəsində toplanmış materiallar, həmçinin özünün mobil telefon vasitəsilə apardığı çəkiliş aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə təqdim edilib. Məhkəmənin qərarı ilə sürücü təqsirli bilinərək 30 gün müddətində inzibati qaydada həbs olunub.
Qeyd edək ki, həbs olunan 30 yaşlı sürücü ailəlidir, əslən Şamaxı rayonundandır. Bakı şəhərində tikintidə işləyir.
Fərid
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












