Yollara “sığmayan” sürücü, divar dibinə qısılan piyada – PAYTAXT MƏNZƏRƏLƏRİ – FOTO

Gündəm 11 Dekabr 2015 18:29 Oxunub 1568
Yollara “sığmayan” sürücü, divar dibinə qısılan piyada – PAYTAXT MƏNZƏRƏLƏRİ – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Bu məsələnin onlara aidiyyatı yoxdur, məsələ ilə Bakı Şəhər Dövlət Yol Polisi məşğul olur"

Sərnişinlərin hərəkət zolağını - səkiləri “işğal” edən avtomobillər paytaxt piyadalarının yaralı yeridir. Bu problem küçələrdə ödənişli parkinq xidməti tətbiq ediləndən sonra daha da aktuallaşıb. Çünki ödəniş etmək istəməyənlər və ya qadağan olunan yerlərdə maşınlarını saxlaya bilməyənlər onları səkilərə çıxarırlar. Nəticədə sərnişin ya maşınların tozunu silə-silə, ya da üst-başını divarlara sürtə-sürtə keçməli olur. Bəzən isə səki o qədər daralır ki, sərnişinlər avtomobil yoluna çıxmağa məcbur olurlar. Bu zaman da həm öz həyatlarını təhlükəyə atır, həm də qəza şəraiti yaratmış olurlar.

Avtomobillərini səkilərə park edənlərin isə maraqlı arqumentləri var. Onlar ödənişli dayanacaqların sayının az, qiymətin yüksək olmasını əsas gətirir, buna görə də avtomobillərini səkilərdə saxlamaq məcburiyyətində qaldıqlarını deyirlər...

Avtosfer.az xəbər verir ki, hələlik hiss olunmasa da, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai Qurumlarla Əlaqə Bölməsinin rəisi Vaqif Əsədov publika.az-a səkidə avtomobil saxlayanlara qarşı ciddi tədbirlər gördüklərini deyir: “Sərnişinlərin  hərəkət etdiyi ərazilərdə nəqliyyat vasitələrinin saxlanması yolverilməzdir. Çünki bu, sərnişinlərin avtomobil yolunda hərəkət etməsinə səbəb olur. Bir vaxtlar reklam xarakterli məhsullar, tikinti materialları da sərnişinlərin hərəkət yolunda yerləşdirilirdi. Bu faktlar əməkdaşlarımız tərəfindən aşkar ediləndə qarşısı alınır.

Gün ərzində əməkdaşlarımız bütün hərəkət iştirakçılarının qarşılaşdıqları problemlərə vaxtında müdaxilə etməyə çalışırlar. Yol kənarında, səkidə avtomobil saxlanmasını müşahidə edən kimi tədbirlər görülür. Post-patrul məntəqələrində quraşdırılımış kompüterlər vasitəsilə onların fotomaterialı hazırlanır. Götürülməsi mümkündürsə, cərimə meydançasına aparılır. Əlimizdə olan imkanlarla həmin avtomobilin sürücüsü barədə dərhal tədbir görülür. Gün ərzində əməkdaşlarımız dayanma, durma və parklanma ilə bağlı 300-dən çox inzibati protokol tərtib edirlər”.

V.Əsədovun sözlərinə görə, görülən tədbirlər piyada yollarında avtomobillərin saxlanması faktlarının azalmasına səbəb olub: “Avtomobil sahibləri cərimələndiklərini görüb ailə büdcəsinə qənaət etmək məqsədilə bir dəfə törətdikləri xətanı təkrarlamırlar. Çünki törətdiyi xəta və evakuasiya edilmə ilə bağlı təyin edilmiş məbləğ sürücü tərəfindən ödənilir. Məsələn, ötən həftə cümə axşamı 350-dən çox sürücüyə dayanma, durma qaydasını pozma ilə bağlı inzibati protokol tərtib edilmişdisə, cümə günü təxminən 300 belə protokol yazılıb. Lakin istirahət və bayram günlərində bu protokolların sayı artır. Bəzən protokol tərtib edəndə sürücülər “bir dəqiqəlik aptekə getmişdim”, “çörək alırdım” kimi sözlərlə məsuliyyətdən yayınmağa çalışırlar. Heç bir bəhanə sürücünü məsuliyyətdən azad edə bilməz”.

Bakı Şəhər İcra Hakimiyyətindən isə bildirdilər ki, bu məsələnin onlara aidiyyatı yoxdur, məsələ ilə Bakı Şəhər Dövlət Yol Polisi məşğul olur.

http://publika.az/upload/1185406566965611da431449747809_seki-1-1.jpg

http://publika.az/upload/37082125669656128f861449747809_seki-2-2.jpg

http://publika.az/upload/7662994566965613215a1449747809_seki-3-3.jpg

http://publika.az/upload/5352063566965613a7a11449747809_seki-4-4.jpg

http://publika.az/upload/1389065566965614887b1449747809_seki-5-5.jpg

http://publika.az/upload/654584356696561520d41449747809_seki-6-6.jpg

http://publika.az/upload/74970045669656160ed51449747809_seki-8-8.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh