Yollarda sürücülər üçün təhlükə - qoruyucu hissələr yoxdur - VİDEO

Magistral yolları bölən dəmir maneələrin bir çoxunun başlanğıc və bitişlərində sürücüləri xəbərdar edici işarə və hissələr olmalıdır. Ancaq müşahidələr göstərir ki, bəzi yollarda bunlar ya yoxdur, ya da qəzalar zamanı sıradan çıxandan sonra bərpa edilməyib. Bu olmayanda isə qəza zamanı avtomobil dəmir maneənin ucuna çırpılır və nəticə daha ağır olur.
Yol kənarlarındakı dəmir maneələrin əksəriyyətinin başlanğıc, ya da bitişən yerlərində qoruyucu hissə yoxdur. Bu isə sürücülər üçün təhlükəli hal deməkdir. Həm dəmir, həm də beton arakəsmələrin baş və ya sonlarında qoruyucu nişanlanma Yol hərəkəti haqqında qanunda da öz əksini tapıb. İşığı əks etdirən lövhə ilə yanaşı bir çox ölkədə həmin yerə su doldurulmuş plastik bidonlar yığışır. Ekspertlər xarici təcrübədən faydalanmağı tövsiyə edirlər.
Müşahidələr göstərir ki, bir çox yerdə belə nişanlar qəzalar zamanı sıradan çıxır və yenisi qoyulmur. "Azəryolservis"-dən bildirdilər ki, yollara baxış keçiriləcək və qoruyucu hissələr lazım olan yerə əlavə olunacaq.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












