Yollarımız duzlu olacaq

Bu ildən qışda Bakı şəhərində küçə və prospektlərin buz bağlamaması üçün qumdan yox, əsasən duzdan istifadəyə üstünlük verilməsi nəzərdə tutulur.
Avtosfer.az xəbər verir ki, bu barədə milli.az-ın sorğusuna cavab olaraq Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Anar Nəcəfli deyib.
A.Nəcəflinin sözlərinə görə, bu məqsədlə 1500 ton duzun alınması ilə bağlı müqavilə imzalanıb. Artıq duzun toplanması işi həyata keçirilir: "Çünki şəhərin daxilində yollara qum səpiləndə qar əriyəndən sonra orada palçıq yaranır, ətraf çirklənir, toz olur. Sonra onun yoldan yuyulub təmizlənməsi də əlavə problemə çevrilir. Amma yola duz səpiləndə o ətrafı çirkləndirmir. Biz demirik ki, yalnız duzdan istifadə olunacaq. Ola bilsin ki, bəzi hallarda qum və duzun qarışığından da istifadə edilsin. Lakin əsasən üstünlük duza veriləcək. Magistral yollara gəlincə, orada qumdan istifadə problem yaratmır. Ona görə də həmin yollara əsasən qum səpiləcək".
"Azəryolservis"in sözçüsü onu da əlavə edib ki, qışda respublika yollarında yarana biləcək hər hansı problemin qarşısını almaq, onları aradan qaldırmaq üçün Bakıda 382, bölgələrdə isə 689 xidməti texnika, maşın, mexanizm hazır vəziyyətə gətirilib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












