"Yolların mühafizəsi ən mütərəqqi üsullarla təmin edilir" - Rəhman Hümmətov

Son zamanlar yol infrastrukturunun qorunması istiqamətində xeyli işlər görülüb.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı Nəqliyyat sahəsində 2024-cü ildə görülən işlər və 2025-ci ildə reallaşdırılacaq layihələrə həsr olunan mətbuat konfransında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.
Nazir müavini deyib ki, yol infrastrukturunun qorunması üçün ən innovativ yanaşma tətbiq olunaraq elektron tərəzilər quraşdırılır:
"Artıq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda və Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda innovativ mexanizm olan 6 elektron tərəzi quraşdırılıb, digər məntəqələrdə bu istiqamətdə işlər davam etdirilir. Ümumilikdə bu proses 31 yerdə 51 tərəzinin quraşdırılmasını əhatə edir. AYNA tərəfindən yaradılan Elektron Tərəzilərin Vahid Monitorinq Mərkəzi vasitəsilə isə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərinə nəzarət olunur"..
Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit imkanlarını necə dəyişəcək? – AÇIQLAMA
Ölkənin nəqliyyat sistemi növbəti yağışlara necə hazırlaşmalıdır? - AÇIQLAMA
Gürcüstanda avtomobil rüsumları artırılır: Azərbaycan bazarına təsiri necə olacaq? - AÇIQLAMA
Təcili yardımın arxası ilə gedən sürücülərə DİN-dən XƏBƏRDARLIQ - VİDEO
Səkilərdə piyadaların maneəsiz hərəkəti necə təmin edilməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - Sürücülərin NƏZƏRİNƏ!
İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO
“Bədr müqaviləsi” ABŞ-ın hərbi sənaye bazarındakı mövqelərini zəiflədə bilər – POLİTOLOQ
Prezident Özbəkistanla iki sənədi təsdiqlədi
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI












