Yük avtomobilləri Gürcüstandan Rusiyaya buraxılmır – VİDEO

Rusiya ilə Türkiyə arsında baş vermiş insdetdən sonra Gürcüstan ərazisindən keçməklə Rusiyaya yük aparan avtomobillər qonşu ölkəyə buraxılmayıb. Həmin maşınların Gürcüstan ərazisində olduğu deyilir.
Avtosfer.az anstv-yə istinadən xəbər verir ki, bu barədə Gürcüstan bürosunun məlumatına görə, hazırda Gürcüstanla Rusiya arasındakı "Yuxarı Lars" sərhəd-buraxılış məntəqəsində Türkiyəyə məxsus yük avtomobillərin Rusiyaya buraxılmaması barədə yayılan məlumatlara Gürcüstanın aidiyyatı dövlət orqanı da öz mövqeyini bildirib.
Belə ki, adıçəkilən sərhəd-buraxılış məntəqəsindən bildirilib ki, Türkiyəyə məxsusu ağır tonajlı yük avtomobilləri qarşı tərəfə buraxılmır. Lakin bunun Gürcüstan tərəfi ilə heç bir əlaqəsi yoxdu. Geri qayıdan yük avtomobillərin bir hissəsi Azərbaycana, digər bir qismi isə Türkiyəyə doğru yola çıxıb. Yerdə qalan qismi isə gözləyir.
Ümumiyyətlə isə nə maşınların sayı barədə, nə də problemin yaranma səbəbləri ilə bağlı əlavə məlumat verilmir.
Gürcüstanın kütləvi informasiya vasitələrində yayılan məlumatlarda qeyd edilir ki, Rusiya gömrük işçiləri Türkiyə yük avtomobillərinin sənədlərini yoxlamadan belə onları geri qaytarır.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












