Yük maşını qəza törədib yola 25 min manat ziyan vurdu – FOTO

Xəbər verdiyimiz kimi, noyabrın 6-da səhər saatlarında Zığ-Hava limanı avtomobil yolunda yol qəzası baş verib. «Azəryolservis» ASC-dən Avtosfer.az-a verilən məlumata görə, baş vermiş avtomobil qəzası zamanı yol təsərrüfatına ciddi ziyan dəyib. Zığ-Hava limanı avtomobil yolunun 16-cı kilometrliyində Hava limanı istiqamətindən şəhərə doğru irəliləyən “Howo” markalı 99 BP 034 dövlət nömrə nişanlı yük maşını yol kənarında olan əyri-xətli dəmir tirləri dağıdaraq, divara çırpılıb. Ağır tonnajlı yük maşınını idarə edən sürücü Əbülfət İsmayılovun sözlərinə görə, maşının ön təkəri qəfil partladığından idarəetməni itirib. Nəticədə yüklə dolu olan maşın yol kənarına çıxıb. Baş vermiş qəza zamanı 75 paqon-metr əyri-xətli dəmir tirlər və divarın 215 kvadrat metr üzlüyü, həmçinin konstruksiyası sıradan çıxıb.
Baş vermiş qəza zamanı yol təsərrüfatına ilkin hesablamalara görə 25 min manata yaxın ziyan dəyib. Nəqliyat Nazirliyi “Azəryolservis” ASC-nin əməkdaşları tərəfindən dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.
Emin
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR













