Yük maşınları ilə bağlı tədbirlər görülməlidir - AÇIQLAMA

Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin sürücüləri tərəfindən yol verilən xətaların ciddi narahatlıq doğurduğunu bildirib. İdarənin açıqlamasında qeyd olunub ki, sürət həddinin aşılması, ötmə və manevretmə qaydalarının pozulması, sağ zolaq boş olduğu halda sol hərəkət zolağına yerləşərək arxadan gələn nəqliyyat axınına yol verilməməsi kimi kobud qayda pozuntuları digər sürücülərin haqlı narazılığına səbəb olmaqla yanaşı, həm də ciddi qəza riski yaradır. Xatırladaq ki, Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası tərəfindən qəbul edilən qərara əsasən, xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələri istisna olmaqla, kütləsi yüklə birlikdə 8 tondan artıq olan yük avtomobillərinin səhər saat 07:00-dan axşam 22:00-dək, yanacaq daşıyan yük avtomobillərinin isə səhər saat 06:00-dan axşam saat 00:00-dək Bakı şəhərinə girişi və şəhərdaxili hərəkəti qadağandır.
Bəs bundan başqa yük avtomobillərinin şəhər yollarında yaratdığı təhlükəni azaltmaq üçün hansı əlavə tədbirlər görülməlidir?
Avtosfer.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə mütəxəssis Raqif Raufoğlu bildirib ki, yol polisi bu mövzuda kifayət qədər haqlıdır, amma məsələni elə yol polisi özü də həll edə bilər:
“Başqa bir qurumun onlara nəsə deməsinə ehtiyac yoxdur. Nəzarəti məhz yol polisi gücləndirməlidir. Hazırda həqiqətən də bu yük maşınları gecə və gündüz daim yollardadırlar, bir sıra hallarda yollarda digər nəqliyyat vasitələrinin hərəkətinə çətinlik yaradırlar”.

Ekspert birinci növbədə qanunun aliliyinin təmin olunmasının vacibliyini vurgulayıb:
“Bəzi yük avtomobilləri hətta icazə verilməyən vaxtlarda belə hərəkət edirlər. Halbuki belə olmamalıdır. İcazə verilən vaxtlarda da yük avtomobilləri qaydalar çərçivəsində hərəkət etməlidir. Bəzi yük avtomobilləri qum-palçıq tökə-tökə, yolu dağıda-dağıda hərəkət edirlər. Yolların boş olmasına baxmayaraq, ötmə zolağı ilə hərəkət edirlər, işıq yandırıb yol vermələrini istəyəndə isə çəkilmək istəmirlər. Ağır avtomobilləri idarə edənlər məsuliyyətlərini dərk etmirlər. Bu gün gördüyümüz mənzərə də məhz bunun nəticəsidir. Əgər qarşısı alınmasa, daha ciddi problemlər yaranacaq. Çünki bəzi yük maşınlarını idarə edənlər özlərini xüsusi şəxs kimi aparırlar, istədiklərini edirlər”.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












