Yük maşınları sərhəddən keçə bilmirlər

Türkiyənin Gürcüstandan keçərək Rusiya istiqamətində hərəkət edən yük avtomobilləri Rusiya tərəfindən “Lars” gömrük məntəqəsindən keçmək üçün icazə gözləyirlər.
Avtosfer.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Məlumat verildiyi kimi, hal-hazırda Rusiya tərəfindən “Lars” gömrük keçid məntəqəsində Rusiya ərazisinə Türkiyədən gətirilən yük ilə treylerlərin buraxılmasında problem yaranıb.
“Bu yüklərin bir hissəsi sürücülərin xahişi ilə Azərbaycan və ya Türkiyə istiqamətində geri qaytarılıb. Qalan maşınlar isə neytral ərazidə Rusiya Federasiyasına giriş üçün icazə gözləyirlər”, - məlumatda deyilir.
Bununla yanaşı, Gürcüstan tərəfinin “Kazbegi” gömrük keçid məntəqəsində yuxarıda göstərilən səbəbə görə saxlanılan bir maşın da yoxdur. Gömrük məntəqəsi öz işini adi qaydada davam etdirir.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












