Yükdaşımalarla bağlı problem həllini tapdı

26 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikasından Rusiya Federasiyasına aparılan kənd təsərrüfatı məhsullarının Dağıstan Respublikasının Dərbənd şəhərinin Dəmir yolu deposundan daşınması ilə bağlı yaranmış problemi aradan qaldırmaq məqsədi ilə iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov, Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, həmçinin İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları Dağıstan Respublikasında işgüzar səfərdə olublar. Avtosfer.az İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən məlumat verir ki, səfər zamanı Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyasının Dağıstan Respublikasının Baş naziri ilə görüşüb, yükdaşımalarda yaranmış problemlər müzakirə edilib. Azərbaycan nümayəndə heyəti Dərbənd dəmir yolu deposunda saxlanılan yüklərə baxış keçirib. Artıq Dərbənd dəmir yolu deposunda saxlanılan 180 vaqondan 120-sindən kənd təsərrüfatı məhsulları yükdaşıyan maşınlara yüklənərək Rusiya Federasiyasının müxtəlif bölgələrinə yola salınıb. Depoda qalan digər vaqonlardan yüklərin boşaldılması və daşınması intensiv olaraq davam etdirilir.
Emin
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












