Yüklə dolu maşınlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qalıb - Sürücülərdən şikayət - VİDEO

Vətəndaşların bir qisminin yüklə dolu maşınları fevralın 13-dən etibarən Ələt qəsəbəsindəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qalıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, vətəndaşın iddialarına görə, yeni yaranan VIP xidmətə görə gəmiyə minə bilmirlər.
Onların sözlərinə görə, gəmiyə minik üçün 1 200 dollar ödəyənlər VIP xidmətdən yararlanırlar:
"Belə olan halda xidmətdən yararlanmaq istəməyənlərin gəmiyə minməsi ləngiyir. Fevralın 13-dən burada gözləyirik. Məhsulun çatdırılma vaxtıdır, lakin biz hələ yola düşə bilməmişik".
Məsələ ilə bağlı "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" MMC-dən verilən məlumata görə, limana daxil olan hər bir nəqliyyat vasitəsinə giriş zamanı nömrə təqdim olunur və gəmiyə yüklənmə prosesi şəffaf şəkildə növbəlilik prinsipi əsasında həyata keçirilir:
"Bəzi hallarda küləkli və qeyri-sabit hava şəraiti səbəbindən gəmilərin limana yan alması mümkün olmur ki, bu da gözləmə müddətinin artmasına səbəb ola bilər. Bu hallar təhlükəsizlik tələbləri ilə bağlıdır. Qanunvericiliyə uyğun olaraq tez xarab olan və dövlət əhəmiyyətli yükləri daşıyan nəqliyyat vasitələrinin sürətli və ödənişsiz keçidi təmin edilir. Eyni zamanda, təcili layihə yükləri üzrə müəyyən edilmiş əlavə ödəniş mexanizmi əsasında prioritet keçid mümkündür. Həm ödənişli, həm də ödənişsiz əsaslarla tətbiq edilən sürətli keçidlərin ümumi həcmi hər bir gəmi üzrə yüklənən nəqliyyat vasitələrinin 20%-dən çox ola bilməz və hava şəraiti də nəzərə alınmaqla 72 saat ərzində icra edilir. Qeyd edilən halla bağlı şikayətçi daşıyıcı ilə əlaqə saxlanılıb, mövcud prosedurlar və tətbiq olunan qaydalar barədə ətraflı məlumat bir daha təqdim edilib", - deyə açıqlamada bildirilir.
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












