“Zabrat maşınqayırma zavodu”nun səhmlərinin əmək kollektivinə güzəştli satışına başlanılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) “Azneftkimyamaş” ASC-nin tabeliyində olan “Zabrat Maşınqayırma zavodu” ASC-nin səhmlərinin 15 %-nin əmək kollektivinə güzəştli satışına başlayır.
Avtosfer.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, söhbət müəssisənin 7 100 556 manatlıq nizamnamə kapitalını formalaşdıran, hər birinin nominal dəyəri 2 manat olan 3 550 278 ədəd səhmin 532 542-dən gedir.
Qiymətli kağızları əsas iş yeri həmin müəssisə sayılan işçilər, qanunvericiliyə uyğun olaraq, həmin müəssisələrdə əvvəlki iş yerinə qayıtmaq hüququ olan şəxslər, özəlləşdirilən müəssisədə 7 ildən çox çalışmış və həmin müəssisədən təqaüdə çıxmış şəxslər, 1 yanvar 1995-ci il tarixindən sonra işçilərin say tərkibinin ixtisarı nəticəsində işdən azad olunmuş və işsiz statusu almış şəxslər ala bilər.
Güzəştli satışa sifarişlər müəssisədə 26 may – 19 iyun tarixləri arasında qəbul ediləcək. Sifarişlərin verilməsi və güzəştli satışın keçirilməsi haqqında məlumatları səhmdar cəmiyyətin yerləşdiyi ünvandan almaq olar.
Güzəştli satışda iştirak etmək istəyən əmək kollektivi üzvlərindən və onlara bərabər tutulan şəxslərdən “Qiymətli kağızlar bazarı haqqında” qanuna uyğun olaraq İnvestisiya şirkətlərində depo hesabın açılması tələb olunur.
Güzəştli satışın yekunlarını təsdiq etmək üçün 19 iyun 2025-ci il tarixdə müəssisədə iştirakçıların ümumi yığıncağı keçiriləcək. Güzəştli satışın yekun sənədləri Hərracların Təşkili Mərkəzinə təqdim edilməlidir.
Hər hansı səbəbdən müəyyən edilmiş müddətdə güzəştli satış baş tutmadıqda, həmin səhmlər qanunvericiliyə uyğun olaraq istifadə olunur.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












