Zaqatala sakinlərindən 10 kq narkotik götürülüb - FOTO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri - Elvin Həsənov və əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə dəfələrlə məhkum olunmuş Vüsal Albuşov saxlanılıb. Sonuncunun Göyəm kəndində kirayədə yaşadığı evə baxış keçirilən zaman oradan 10 kiloqramdan artıq marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Uşaqlıq dostları olan saxlanılan şəxslər ifadələrində həmin narkotik vasitəni də bir müddət əvvəl becərdikləri çətənə kollarından yığdıqlarını və qurutmaq üçün kirayədə yaşadıqları evdə sərdiklərini bildiriblər.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, V.Albuşov və E.Həsənovun ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.




11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO










