Zaqatala və Qaxda milli-mənəvi dəyərlərimizin qorunması mövzusunda tədbirlər təşkil edildi - FOTO

“İslam Ölkələrilə Dostluq və Mədəni Əlaqələr” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 15.09.2022-ci il tarixindən icrasına başlanılan “Milli-mənəvi dəyərlərimizi qoruyaq!” layihəsi çərçivəsində silsilə maarifləndirici tədbirlər keçirib. Tədbirlər noyabrın 2-4-də Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində, Qax şəhər Etibar Babayev adına 4 saylı tam orta məktəbdə, N.Allahverdiyev adına Qax şəhər 2 saylı məktəb-liseydə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına dair maarifləndirmə tədbirləri təşkil etdi.
Keçirilən tədbirlərdə rayon icra hakimiyyətlərinin nümayəndələri, məktəb direktorları, müəllim və şagird kollektivləri iştirak etdilər. İlk öncə tədbir iştirakçılarını salamlayaraq və onlara bu şəraiti yaradan rayon icra hakimiyyətinin başçılarına, icra nümayəndələrinə və məktəb direktorlarına təşəkkürünü bildirən layihə rəhbəri Gülnar Qədirova layihənin aktuallığı və məqsədi haqqında məlumat verdi. Qeyd etdi ki, mənəvi dəyərlər sisteminin əsasını ailə, böyüklərə ehtiram, humanistlik, mərhəmət, xeyirxahlıq, əxlaq, sülhsevərlik, vətənpərvərlik, dini dəyərlərə hörmət təşkil edir. Onların qorunması daim dövlətin diqqət mərkəzindədir. Bu gün şəhid ailələrinin, müharibə veteranlarının, valideyn himayəsindən məhrum olmuş uşaqların, aztəminatlı ailələrin, fiziki imkanları məhdud insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunması həm sosial, həm də mənəvi sahədə həyata keçirilən siyasətin bariz nümunəsidir.
Daha sonra geniş məlumat vermək üçün sözü təlimçi-ekspert Rəşad Əhmədova verdi. Təlimçi də öz növbəsində şagirdlərlə diskussiya şəklində mövzu haqqında söhbətlər apardı.
Tədbirlərdə şagirdlərə layihə çərçivəsində nəşr edilmiş maarifləndirmə xarakterli bukletlər, dəftərxana ləvazimatları, üzərində donorun və ictimai birliyin loqosu, layihənin adı qeyd olunan qısaqol köynəklər və papaqlar paylanıldı.
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO






















