Zavoda məxsus avtomobillər yolu bərbad vəziyyətə salıb - VİDEO

Paytaxt məhəllələrindən birində sakinlər onları haqlayan problemə qatlaşmaq istəməyib. Avotsfer.az anstv-yə istinadən xəbər verir ki, paytaxtın Nərimanov rayonu Xəlil Rza Ulutürk küçəsində yaşayan sakinlərin şikayətinə səbəb yaxınlıqda yerləşən beton zavoda məxsus ağır texnikanın onların istifadəsinə olan yolu yararsız hala salmasıdır. Məhz bu məqsədlə onlar etiraz əlaməti olaraq zavodun qarşısına toplaşıblar.
Məsələ burasındadır ki, sözügedən küçənin yolu var. Sadəcə sakinlərin istifadəsi üçün yararlı deyil. Daha dəqiq bu yoldan keçmək müşkül məsələdir. Yalnız ağır texnika və yolsuzluq avtomobilləri bu yollarla irəliləyə bilir.
Sakinləri uzunboğaz çəkməsiz bu yollara yaxın düşə bilmir. Deyirlər ki, bir neçə ildir yaxınlıqda yerləşən “Spark Beton” zavoduna məxsus ağır tonajlı avtomobillər məhz onların evinin yanından keçir. Hətta yol bir tətəfə, qaz boruları da bir neçə dəfə zədələnib. Bəzilərində də çatlar əmələ gəlib.
Müsahiblərimin sözlərinə görə, zavoda gediş-gəliş üçün başqa yol da var. Ancaq istifadə edilmir. Buna görə də onlar bir araya gələrək yolu bağlayıblar. Bunun da xeyri olmayıb. Əlacsız qalan sakinlər ağır tonajlı avtomobillərin küçədən keçməməsi üçün dəmir borulardan maneə düzəldiblər. Sakinlərin bir istəyi var - zavod rəhbərliyi ya küçəni təmir etdirsin, ya da alternativ yollardan istifadə etsin.
“Zavod ilə yaşayış məntəqəsi arası məsafə heç bir kilometr də deyil. Səhərdən axşama kimi 80-60-50 ton tutumu olan ağır tonnajlı avtomobillər yaşayış məntəqəsinin içi ilə hərəkət edir. İnsanlar evlərində rahat yata bilmirlər. Yollar bərbad vəziyyətdədir, uşaqlar məktəbə gedib-gələ bilmir”, - deyə şikayətçi Zöhrab Ağayev bildirib.
“Yaşayış məntəqəsinin içi ilə hərəkət edən ağır tonnajlı avtomobillərin qarşısını dəmir borular vasitəsilə kəsirik ki, yolu təmir etsinlər. Təmir edəndən sonra işləsinlər”, – deyə şikayətçi Səbuhi Ağayev qeyd edib.
Sakinlər istəyinə nail olmaq üçün zavodun inzibati binasının qarşısına yürüş etdi. Ancaq burda onları müəssisə nümayandələri deyil, polis əməkdaşları qarşıladı. İçəriyə girməyə əngəl olaraq.
Bir müddətdən sonra zavod nümayəndələri çölə çıxdı. Suallara cavab vermək əvəzinə özlərinə yol tapıb müəssisənin ərazisinə daxil olmağı üstün tutdular.
Problemlə bağlı Nərimanov rayon icra hakimiyyəti başçısının müavini Şahmar İbadov bildirdi ki, küçə nəzarətə götürülüb. Və tez bir zamanda problem araşdırılaraq həllini tapacaq.
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərə XƏBƏRDARLIQ
Paytaxtın bu küçələrində sıxlıq müşahidə edilir - SİYAHI - FOTO
Hövsan yolunda yaranmış dərin çuxur sürücüyə ziyan vurdu - VİDEO
Azərbaycanla Ermənistan bu il Türkiyədə sülh müqaviləsi bağalaya bilər - POLİTOLOQ
Türk dövlətləri İran–ABŞ münaqişəsinə necə reaksiya verdilər? - EKSPERT AÇIQLADI
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTOLAR
Brent markalı neftin qiyməti qalxıb bu qədər oldu
Prezident sosial şəbəkə hesabında PAYLAŞIM ETDİ
Bu göstərici üzrə biz dünyada birinci yerdəyik - İlham Əliyev
Taksi sürücülərinə ŞAD XƏBƏR: Yeni qaydalar bu sürücülərə şamil edilməyəcək – AÇIQLAMA - VİDEO
Bakının bəzi yollarında təmir işləri aparılacaq - Bu gecə - Sürücülərin diqqətinə!










