Zəncirvari qəza zamanı yolu dağıtdılar – FOTO-VİDEO

Bu gün günorta saatlarında "Bakı dairəvi-1" avtomobil yolunun 9-cu kilometrliyində baş vermiş zəncirvarı avtomobil qəzası zamanı yol təsərrüfatına ziyan dəyib. Avtosfer.az-ın məlumatına görə, "Bakı dairəvi-1" avtomobil yolunun Lökbatan dairəsi istiqamətində hərəkətdə olan “DAEWOO” markalı 10 TB 307 dövlət nömrə nişanlı Bakı-Qazax reysi üzrə sərnişin daşıyan avtobus yol ayrıcında olan əyri-xətli dəmir tirlərə dəyib.
İlkin ehtimallara görə, sərnişin avtobusunun sürücüsü ara məsafəsinin düzgün seçilməməsi səbəbindən qarşıda olan avtomobillərlə toqquşmanın qarşısını almaq üçün idarə etdiyi nəqliyyat vasitəsini əyri-xətli dəmir tirlərə çırpıb. Nəticədə isə 56 paqon-metr əyri-xətli dəmir tirlər və 1 ədəd yol nişanı sıradan çıxıb.
Baş vermiş qəza zamanı yol təsərrüfatına ilkin hesablamalara görə 5800 manat ziyan dəyib. Nəqliyat Nazirliyi “Azəryolservis” ASC-nin əməkdaşları tərəfindən dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib
Fidan
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar

















