Zəngəzur dəhlizi açıldıqdan sonra nəqliyyat və logistika şirkətlərinin xərcləri azalacaq

Zəngəzur dəhlizi açıldıqdan sonra nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən şirkətlərin xərclərinin azalacağı gözlənilir. Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyinin baş katibi Kənan Qurbanov bildirib.
Onun sözlərinə görə, bu dəhlizin istifadəyə verilməsi yüklərin daha tez daşınmasına imkan yaradacaq: "Məsafənin azalması nəqliyyat xərclərinə birbaşa təsir göstərəcək və bu da öz növbəsində daşıma tariflərinin aşağı düşməsinə şərait yaradacaq".
Baş katib vurğulayıb ki, Zəngəzur dəhlizi tranzit imkanlarını artıraraq, regional ticarət əlaqələrinin daha da genişlənməsinə imkan yaradacaq.
"Prezident İlham Əliyevin uzaqgörən qərarları nəticəsində Orta Dəhlizin infrastrukturunun inkişafı istiqamətində ciddi addımlar atılıb. Ələtdə yerləşən Bakı Limanı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Əgər bu addımlar atılmasaydı, biz Orta Dəhlizi bu gün bu formada işlədə bilməzdik. Azərbaycanda magistral yolların tikilməsi də məhz bu dəhlizin inkişafı məqsədi ilə həyata keçirilib və bu gün nəticəsini görürük".
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












