Zəngəzur dəhlizi nə zaman istifadəyə veriləcək? - AÇIQLAMA

"Prezidenti İlham Əliyev Münxendə “France 24” telekanalına müsahibəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək quru nəqliyyat xəttinin açılacağına heç bir şübhəsinin olmadığını bildirib". Avtosfer.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisində işlər tamamlanmaq üzrədir:
"Dəhlizinin Ermənistan ərazisindən keçən hissəsi isə cəmi 40 kilometrdir. Bu o deməkdir ki, işlərin intensivləşdiyi halda dəhlizin daha qısa zamanda istifadəyə verilməsi mümkündür. 15 milyon ton ötürmə potensialı olacaq Zəngəzur dəhlizi regionun inkişafına xüsusi töhvə verəcək. Yaxın gələcəkdə Orta Dəhlizin mühüm seqmentinə çevriləcək Zəngəzur dəhlizi Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, region dövlətlərinin gəlirlərinin artmasına imkan yaradacaq.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyin qiymətləndirmələrinə görə, Zəngəzur dəhlizi 2030-cu ilədək istifadəyə veriləcək. Bu dəhliz vasitəsilə Çindən yüklər Londona cəmi 18 günə çatdırıla biləcək. 10 illik proqnoza əsasən, dəhliz 50 milyard dollar gəlir gətirəcək və hər il 60.000-dən çox əlavə iş yerinin yaradılmasına töhvə verəcək".
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












