Zəngəzur dəhlizi “yaşıl enerji” və qaz tədarükündə strateji marşruta çevrilir – Şahbazov

Zəngəzur dəhlizinin açılması Naxçıvan üzərindən Türkiyəyə və beynəlxalq bazarlara Xəzər dənizi və Mərkəzi Asiyadan həm karbohidrogenlərin, həm də "yaşıl enerji"nin tədarükünü təmin edəcək unikal marşrut vəd edir.
Avtosfer.az Türkiyə bürosuna istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün İzmir şəhərində keçirilən Azərbaycan-Türkiyə IV Enerji Forumunda çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, geniş bir coğrafiyanın enerji xəritəsini formalaşdıran layihələrdən biri olan İğdır-Naxçıvan qaz kəməri də Azərbaycan və Türkiyənin birgə güclü siyasi iradəsinin nəticəsi kimi reallaşıb:
"İğdır-Naxçıvan qaz kəməri Naxçıvanla Türkiyə arasında quru xətti üzrə birbaşa təbii qaz təchizatını təmin etməklə yanaşı, ötürücülük gücünün artırılması sayəsində əks axına da imkan yaradır. Bu kəmər Azərbaycan-Türkiyə strateji enerji tərəfdaşlığında Naxçıvan üzərindən açılan yeni qapıdır. Zəngəzur dəhlizi isə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən maneəsiz yol olmaqla yanaşı, enerji və kommunikasiya baxımından Türkiyə və türk dövlətləri ilə münasibətlərimizə əlavə güc qatacaq, ölkələrimizi Orta Dəhlizin enerji, nəqliyyat və tranzit üzrə əsas mərkəzlərindən birinə çevirəcək".
P. Şahbazov əlavə edib ki, Prezident İlham Əliyevin sözləri ilə desək, yaxın illərdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin vacib halqasına çevriləcək, bölgədə sülhü və çoxtərəfli əməkdaşlığı möhkəmləndirəcək və Azərbaycanın şərqindən qərbinə, şimalından cənubuna qədər bütün qonşu ölkələrə fayda gətirəcək.(index.az)
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












