Zəngəzur dəhlizinə 99 il onlar nəzarət edəcək

Azərbaycan və Ermənistan arasında 40 ilə yaxındır davam edən münaqişə bu gün ABŞ-də başa çatacaq.
Avtosfer.az “Teleqraf”a istinadən xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.
Nəşrə danışan üç ABŞ rəsmisinin sözlərinə görə, bu gün Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Vaşinqtonla ikitərəfli əlaqələri genişləndirən sazişlər imzalayacağı da gözlənilir.
Rəsmilər bildiriblər ki, bu, ABŞ-ın ortaq tranzit dəhlizinin (Zəngəzur) inkişafı ilə bağlı mübahisənin həllinə kömək etməsi sayəsində mümkün olub.
“Uzun müddətdir davam edən münaqişənin yumşaldılmasının açarı tranzit dəhlizinə dair sazişdir. Bu, Azərbaycanla anklavı Naxçıvan arasında Zəngəzur dəhlizi kimi tanınan - Ermənistan ərazisinin dağlıq hissəsindən keçən yolun açılmasını ehtiva edir.
Biz onun blokunu aça bilsək, bəlkə də qalan hissələr yerinə düşməyə başlayaq”, - rəsmi qeyd edib.
Nəşr yazıb ki, Ermənistan Zəngəzur dəhlizinə nəzarətin 99 il müddətinə ABŞ-a verilməsinə razılaşıb:
“ABŞ torpaq sahəsini (Qərbi Zəngəzur) dəmir yolu, neft, qaz və fiber optik xətləri və 27 millik (32 km) dəhliz boyunca elektrik enerjisinin ötürülməsini inkişaf etdirəcək konsorsiuma icarəyə verəcək”.
Başqa bir rəsmi bildirib ki, İlham Əliyev və Nikol Paşinyan bu gün Vaşinqtonda ilk dəfə ikitərəfli sənəd imzalayacaq:
“Həmçinin tərəflərin xarici işlər nazirlərinin mart ayında razılaşdıqlarını, amma o vaxtdan bəri yavaş irəliləyiş əldə etdiklərini dedikləri müqavilənin mətnini paraflamaları gözlənilir” .
Nəşr əlavə edib ki, ABŞ Azərbaycanla müdafiə sahəsində əməkdaşlığa qoyduğu məhdudiyyətləri də aradan qaldıracaq. Söhbət 1992-ci ildə qəbul edilmiş “907-ci düzəliş”in ləğvindən gedir:
“Razılaşmaya əsasən, Azərbaycan və Ermənistan Fransa, Rusiya və ABŞ-ın daxil olduğu ATƏT-in Minsk Qrupundan da çıxacaq”.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Azərbaycan və Ermənistan liderlərinin bu gün Vaşinqtonda sülh sazişi imzalayacaqlarını açıqlamışdı.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











