Zəngəzurun açılmasına mane olacağıq... - İrandan AÇIQLAMA

İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bəyan edib ki, Tehran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxacaq və buna ya Rusiya ilə birlikdə, ya da təkbaşına mane olacaq. Avtosfer.az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.
"Cənubi Qafqaz Trampın icarəyə götürə biləcəyi ərazidir? Qafqaz dünyanın ən həssas geosiyasi bölgələrindən biri sayılır və bu dəhliz Trampa məxsus tranzit marşrutu yox, onun muzdluları üçün qəbiristanlığa çevriləcək", - deyə Vilayəti bildirib.
O deyib ki, layihə bölgənin geosiyasi balansını dəyişəcək, sərhədlərin yenidən çəkilməsinə səbəb olacaq və Ermənistanın parçalanması planının bir hissəsi kimi nəzərdə tutulub. Trampın "başqa ölkədə dəhliz icarəyə götürmək" ideyasını "sadəlövhlük" adlandıran Vilayəti bunu Panama kanalının icarəyə götürülməsinə bənzədib.
Vilayəti iddia edib ki, layihə artıq Ermənistan cəmiyyətində narazılıq doğurub. Onun sözlərinə görə, heç bir xalq öz ərazisinin parçalanmasına razı olmaz, Nikol Paşinyan da Tehrana səfəri zamanı bu mövqeyi bölüşüb və dəhlizin təhlükəli, konspirativ xarakter daşıdığını etiraf edib.
Bu təşəbbüsün Cənubi Qafqazın təhlükəsizliyinə "təhdid" olduğunu iddia edən Vilayəti qeyd edib ki, İran bölgənin təhlükəsizlik maraqlarına əsaslanaraq buna mane olacaq. Onun fikrincə, Rusiya da strateji baxımdan bu dəhlizin əleyhinədir.
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI












