Zəngilanda yeni məntəqənin tikintisi 10 milyona başa gələcək

Zəngilan rayonunun Ağbənd qəsəbəsi ərazisində dövlət sərhədindən yeni modul tipli buraxılış məntəqəsinin tikintisinə başlanılır. Avtosfer.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən (DGK) məlumat əldə edib.
Məlumata görə, DGK tikinti və quraşdırma, eləcə də ərazidə asfalt-beton örtüyü və abadlıq işlərini həyata keçirəcək şirkəti müəyyənləşdirib.
Belə ki, sözügedən işlərin icrası “Bilgə Qrup” QSC-yə həvalə edilib və onunla nəhəng müqavilə bağlanılıb.
Müqavilənin maliyyə dəyəri 10 milyon 99 min 352 manat müəyyən olunub.
Sözügedən modul tipli buraxılış məntəqəsinin layihələndirilməsi işlərini isə “Reflect Architects” MMC icra edib.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə iki gömrük postu artıq fəaliyyət göstərir. Bunlar "Qazançı" və "Eyvazlı" gömrük postlarıdır.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












