Zərdabda Vətən müharibəsinin 20 iştirakçısına medallar təqdim olunub - FOTO

Zərdabda torpaqlarımızın işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçularının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə medal və vəsiqələrlə təltifolunma mərasimi keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə Zərdab rayon icra hakimiyyətinin başcısı Mərdan Camalzadə, Vətən müharibəsi iştirakçıları və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon şöbəsinin rəisi Asif Əhədov iştirak ediblər.
İlki öncə işğaldan azad edilmiş torpaqlarımızın uğrunda şəhid olmuş qəhrəman şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər bildiriblər ki, Azərbaycan Ordusu döyüş meydanında tarixi ədaləti bərpa edib. Torpaqlarımız düşmən tapdağından azad olunub.
Təbii ki, bu yolda vətən üçün canından keçən şəhidlərimiz də olub. Şəhidlərimizin ruhu qarşısında baş əyir, bildiririk ki, onların bizə əmanət qoyduqları ailə üzvləri hər zaman dövlətin diqqətindədir.
Görüşdə müharibə qəhrəmanlarına Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə verilən ”Füzulinin azad olunmasına görə” medalları ilə təqdim olunub. Təqdimat mərasimində Vətən müharibəsi iştirakçıları onları medallarla təltif edən Prezident İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.







Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












