Zərgərpalan küçəsindəki söküntü ilə bağlı iddialara RƏSMİ CAVAB

Yasamal rayon İcra Hakimiyyəti Yasamalda yerləşən mənzilin naməlum şəxslər tərəfindən sökülməsi ilə bağlı iddialara münasibət bildirib.
Qurumdan Avtosfer.az-a verilən məlumatda bildirilib ki, bu məlumatlar əsassızdır.
“Bəzi sosial şəbəkələrdə vətəndaşa məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi 29 ünvanında yerləşən mənzilin naməlum şəxslər tərəfindən onun xəbəri olmadan sökülməsi ilə bağlı əsassız məlumatlar yayılıb.
Məlumat üçün bildiririk ki, sözügedən ərazidə istismar müddətini başa vurmuş, qəzalı vəziyyətdə olan və şəhərin estetik görünüşünə xələl gətirən binaların söküntüsü həyata keçirilir. Bu proses qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə və sakinlərə müvafiq kompensasiyalar ödənilməklə aparılır.
Qeyd edilməlidir ki, sözügedən mənzilin sahibi N. Nəbiyev tərəfindən cari ilin 23 aprel tarixində müvafiq razılıq protokolu imzalanıb, bununla da ona təklif olunan kompensasiya məbləği ilə razılaşdığı təsdiq edilib. Bu səbəbdən mənzilin sahibinin məlumatı və razılığı olmadan söküntü aparılması barədə yayılan iddialar həqiqəti əks etdirmir.
Eyni zamanda vurğulayırıq ki, sözügedən ərazidə söküntü işləri aidiyyəti qurumların iştirakı ilə, tərəflərin qarşılıqlı razılığı əsasında və qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilir”, - deyə açıqlamada qeyd edilib.

“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












