Zığ şosesi bağlandı, sakinlər yollarda qaldı – REPORTAJ + FOTO
Gündəm
9 Dekabr 2015 16:21

1 aydan çoxdur ki, yolları beton sədlərlə bağlayıblar
Zığ şosesində yolların təmir- bərpa işlərinin aparılması həmin ərazidə yaşayan sakinləri yolsuz qoyub. "Nargilə" kafesi kimi tanınan ərazidən başlayaraq Məhəmməd Hadi küçəsinə qədər uzanan təmir-bərpa işləri nəqliyyatın hərəkətini iflic edib. “Həzi Aslanov” metrostansiyasından Zığ şosesi istiqamətində işləyən marşrutlar yollarını dəyişərək alternativ yollardan istifadə edirlər. Bu dəyişikliklərdən xəbərdar olmayan sərnişinlər isə yolun yarısında tanımadığı ünvanlarda düşüb mənzil başına çatmağa çalışırlar. Bu isə təbii ki, sərnişinlərin narazılığına səbəb olur.

Avtosfer.az xəbər verir ki, bu barədə musavat.com-un əməkdaşı Zığ şosesində təmir-bərpa işləri aparılan əraziyə baş çəkib və oradakı vəziyyətlə maraqlanıb. "Nargilə" kafesi kimi tanınan ərazidə taksi fəaliyyəti göstərənlər yolların bağlanmasından narazıdır. Sürücü Seyfəddin Qasımov bildirdi ki, 2 aya yaxındır təmir işləri bitmək bilmir: " Yolların bağlanması bizim də büdcəmizə təsir edir. Əvvəl "Nargilə" kafesinin ətrafında dayanacaqlar var idi. Sərnişin bolluğu olurdu. Xətai Rayon İcra Hakimiyyəti tərəfindən başlanan təmir işləri bitmək bilmir ki, bilmir. 1 aydan çoxdur ki, yolları beton sədlərlə bağlayıblar. Marşrutların, taksi sürücülərinin yolu uzanıb. Nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi əsas magistral yol bağlanıb. “Həzi Aslanov” metrostansiyasından gələn 57, 95, 12, 51 və başqa marşrutlar hərəkət istiqamətini dəyişib. Tez-tez tıxac yaranır".

Dayanacaqlarda avtobus gözləyən sərnişinlərlə də həmsöhbət olduq. Sakinlər bildirdi ki, bərpa işlərinin aparılması onları yollarda qoyub: " 1 ay olar ki, marşrutların intervalında gecikmə var. 30-35 dəqiqədir ki, 57 nömrəli avtobusu gözləyirik. Əvvəllər “Həzi Aslanov” metrostansiyasından Zığ şosesi istiqamətinə 8-10 dəqiqəyə gedirdiksə, indi 20-25 dəqiqəyə getməli oluruq. “Xətai” metrostansiyası istiqamətində işləyən marşrutlarda da gecikmə var".
Yaxınlıqdakı yaşayış binasının sakinləri də deyir ki, yolların bağlanması həmin ətrafda olan məktəb, xəstəxana, bağça, kafelərə gediş-gəlişi çətinləşdirib: " Həzi Aslanov” metrostansiyası və ya şəhər istiqamətində getmək üçün "Naxçıvanski" dairəsinə gedib əks istiqamətdə qayıtmalıyıq və ya piyada dəqiqələrlə yol getməliyik. Bu isə kifayət qədər vaxtımızı alır".





















Oxunub : 3296
DİGƏR XƏBƏRLƏR
12 Oktyabr 2026 18:30
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
12 Oktyabr 2026 17:46
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
12 Oktyabr 2026 16:48
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
12 Oktyabr 2026 11:30
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
12 Oktyabr 2026 09:23
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
12 Oktyabr 2026 08:54
Həftəyə tıxacla başladıq - SİYAHI
11 Oktyabr 2026 21:32
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
11 Oktyabr 2026 18:41
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
11 Oktyabr 2026 10:32
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
10 Oktyabr 2026 09:45
Yollarda duman var - Sürücülərin nəzərinə!
9 Oktyabr 2026 22:06
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
9 Oktyabr 2026 21:30
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
ŞƏRH YAZ












