Ziya Bünyadov prospektinə 20 milyon xərclənib

Ziya Bünyadov prospektindəki obyekt və yaşayış evlərinin köçürülməsinə 20 milyon vəsait xərclənib. Bu vəsaitin təxminən 20 faizi Prezidentin ehtiyat fondundan ayrılıb. Bunu "Azəryolservis" ASC-nin sədr müavini Vaqif Hacıyev APA TV-nin "Sosium" proqramında deyib. Onun sözlərinə görə, ərazidə kompensasiyası ödənilməyən obyekt və ya yaşayış evi qalmayıb. "Prospekt boyu 250-dən artıq yaşayış evi və qeyri yaşayış obyekti köçürülüb. Yolun gec təhvil verilməsinə səbəb həm köçürülmə, həm də yetərincə böyük olan prospektdən qarmaqarışıq kommunikasiya xəttlərinin keçməsidir. Təsəvvür edin ki, yoldan 110 min kilovatlıq işıq xətti dəyişdirilib, kilometrlərlə kanalizasiya xəttinin yeri dəyişib və tam sağlam şəkildə çəkilib. Onların təmirinə azı 50 il ehtiyac olmayacaq".
Ziya Bünyadov prospektinin bu ilin avqust ayına kimi təhvil veriləcəyini deyən Vaqif Hacıyev bu yolun Bakının ən böyük yolu olacağını bildirib. "Ziya Bünyadov prospekti şəhərin ən çox yüklənmiş prospektlərindəndir. Uzunluğu 9 kilometrdir. Prospekt ümumilikdə 10 zolaqlı olacaq. 6 zolaq sürətli, 4 zolaq isə köməkçi yollar olacaq. İşlərin demək olar ki, 90 faizi hazırdır. 2-3 aya işlər tamam yekunlaşacaq. Burda bir yeni körpünün tikilməsi, 2-ci körpünün bərpası, 4 yeni qovşağın inşası nəzərdə tutulub".
"Azəryolservis" ASC-nın rəsmisi yollarda təmir-tikinti işlərinin günün intensiv vaxtında aparılmasına da münasibət bildirərək deyib ki, tikinti işləri əsasən gecələr aparılır. İldə 4 fəsil var və bu fəsillərin hər birində yol çəkilişinin mümkün olmadığı günlər var. Bu səbəbdən də qurum çalışır ki, fürsət olan kimi tikinti işlərini aparsın. Ona görə də vətəndaşlar bunu nəzərə almalıdır".
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR










