Ziya Məmmədov zarafatlaşdı - Video

Xəbər verdiyimiz kimi, Ziya Məmmədov Salyan, Biləsuvar və Neftçala rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciətlərini, şikayət və təkliflərini dinləyib. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, nəqliyyat naziri jurnalistlərin qarşısından keçərkən zarafatından qalmayıb. O, qələm əhlinə yaxınlaşaraq “Yazırdınız ki, qaçıb?!”-, deyə zarafatlaşıb. Bölgələrdə vətəndaş qəbulları zamanı kənd təsərrüfatı naziri Heydər Əsədov da maraqlı açıqlamaları ilə diqqət çəkib.
Xatırladaq ki, nəqliyyat nazirinin Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və digər dövlət əhəmiyyətli tədbirlərdə iştirak etməməsi onun işdən azad olunacağı ilə bağlı məlumatları gündəmə gətirmişdi. Bu xəbərlərlə bağlı mətbuata açıqlama verən nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov isə Ziya Məmmədovun məzuniyyətdə olduğunu və məhz oktyabrın 23-də işə çıxacağını bildirmişdi.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












