Ziya Məmmədovun saxlanılması xəbərinə rəsmi cavab

Kütləvi informasiya vasitələrində nəqliyyat naziri Ziya Məmmədovun işdən çıxarıldığı və saxlanıldığı barədə məlumatlar yayılıb.
Avtosfer.az xəbər verir ki, yayılan məlumatlarda bildirilir ki, guya Ziya Məmmədov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb və dindirilib. Hətta hazırda nazirin ev şəraitində nəzarətdə saxlanıldığı barədə də bildirilib. Yayılan məlumatlarda o da deyilir ki, guya nazirliyin bir neçə əməkdaşı, hətta mətbuat xidmətinin rəhbəri Namiq Həsənov da dindirilib.
Məsələyə aydınlıq gətirmək üçün Nəqliyyat Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov baku.ws-ə açıqlamasında yayılan məlumatların heç birinin həqiqətə uyğun olmadığını bildirdi. Nazirlik rəsmisi bildirdi ki, hazırda Ziya Məmmədov məzuniyyətdədir və oktyabrın 23-də yenidən işinə qayıdacaq. "Ziya Məmmədov işdən çıxmayıb. Onun saxlanılması və dindirilməsi barədə yayılan söhbətlər də yalandır. Namiq Həsənov da hazırda iş başındadır. Nazirin və mənin barədəmdə yayılan məlumatlar tam yalandır. Hərə istədiyini yazır. Kimin nə sualı varsa nazirliyə rəsmi müraciət etsin”, - deyə Namiq Həsənov bildirdi.
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO










