Zorla avtomobilə mindirilən 17 yaşlı qızın faciəsi

Antalyada 17 yaşlı qız faciəvi şəkildə həyatını itirib. Lent.az Doğan xəbər agentliyinə istinadən xəbər verir ki, bu gecə Antalyanın Kəpəz prospektində naməlum şəxs və ya şəxslər tərəfindən zorla avtomobilə mindirilən 17 yaşlı Hülya Seyyar hərəkətdə olan nəqliyyat vasitəsindən atılıb. Gənc qız hadisə yerindəcə həyatını itirib. Bildirilir ki, elə Kəpəz prospektində yaşayan H.Seyyar gecə saatlarında qohumugildən evə qayıdarkən naməlum avtomobildəki şəxs və ya şəxslər onu zorla maşına mindirib. 17 yaşlı qızın müqavimət göstərməsi nəticəsində sürücü idarəetməni itirib və maşını yolun ortasındakı maneəyə çırpıb. Daha sonra idarəetməni ələ alan sürücü ara məhəllələrə daxil olub və dayanmadan çığıran qızı hərəkətdə olan avtomobildən ataraq qaçıb.
Hazırda faktla bağlı araşdırmalar aparılır.
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!












